Yuri Kimin fikirləri rəsmi ABŞ-ın mövqeyi hesab edilə bilməz - ÖZƏL

"ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin açıqlaması Azərbaycanın istəkləri ilə bağlıdır. Başqa sözlə, rəsmi Moskvanın sərgilədiyi mövqeyə qarşıdır". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Vladivostokda iqtisadi Forumda çıxışında faktiki olaraq Paşinyan hakimiyyıtinin Ermənistana, erməni xalqına xəyanət etdiyini dilə gətirərək onu devirmək, həm də digər açıqlamaları ilə ermənilərin ruh düşkünlüyünə səbəb oldu. Yuri Kimin açıqlaması həm də erməniləri qorxu-həyacan içində Qarabağdan köçünün qarşısını almaq və eyni zamanda Paşinyan hakimiyyətinə dolayısı dəstəyini davam etdirməkdir: "Yuri Kim ABŞ rəsmisi olsa da,  həlledici siyasi qərarlar vermək səlahiyyəti yoxdur, və dedikləri rəsmi ABŞ-ın mövqeyi hesab edilə bilməz. Ancaq, heç şübhəsiz ki, Yuri Kim belə bir açıqlamasını razılaşdırılmamış deyil. Ən azı bir neçə gün əvvəl ABŞ-ın Azərbaycana münasibətdə müsbət açıqlamalarının tam əksinə olan Yuri Kimin belə bir fikiri təsadüfi deyil və təbii ki, hədəf və məqsədləri var".

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bu gün keçirilən dinləmələrdə "Birincisi, Laçın dəhlizi məhz indi açılmalıdır, bundan sonra gecikmə olmamalıdır. İkincisi, ABŞ Dağlıq Qarabağ xalqına qarşı heç bir hərbi əməliyyata, hər hansı hücuma dözməyəcək", - deyə o bildirərək faktiki Azərbaycana qarşı ultimatum xarakterli çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31