Dövlət komissiyası və onun ekspertlərinin sərəncamında ehtimal olunan 500-ə yaxın meyit qalığı var

İşğaldan azad edilmiş ərazilərdə Dövlət komissiyası və onun ekspertlərinin sərəncamımda ehtimal olunan 500-ə yaxın meyit qalığı var.

Olaylar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparır. "Meyit qalıqlarının bir hissəsi tikinti zamanı aşkar edilib. Meyit qalıqlarının eyniləşdirilməsi uzun zaman alan prosesdir', - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31