İtkin düşmüş və girov götürülmüş insanların siyahısına dəyişiklik ediləcək - Eldar Səmədov
17 Sentyabr 2023 17:53 Siyasətİtkin düşmüş və girov götürülmüş insanların siyahısına dəyişiklik ediləcək.
Olaylar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
"Vətən müharibəsindən sonra əvvəllər itkin düşmüş kimi qeydiyyata düşməyən şəxslərin yaxınları bizə məlumat verib. Ona görə də biz bu siyahıya dəyişiklik etmək məcburiyyətindəyik", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31