Ermənistan tərəfi ilə itkin düşmüş insanlarla bağlı birgə mexanizm yaratmağa hazırıq - Həbib Mikayıllı

Biz Ermənistan tərəfi ilə itkin düşmüş, əsir və girov götürülmüş insanlarla bağlı birgə mexanizm yaratmağa hazırıq.

Olaylar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan təkbaşına bu insanların taleyini müəyyən edə bilməz. Ona görə də bu məsələdə Ermənistan Azərbaycanla əməkdaşlıq etməlidir. Biz birgə mexanizm yaratmağa hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31