Sabah Bakıdan beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq

Sabah Azərbaycanda itkin və girov düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Olaylar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, konfransda bir çox xarici qonaqlar, keçmiş baş nazirlər iştirak edəcək. O bildirib ki, konfransda beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq. Bu məsələyə beynəlxalq səviyyədə diqqət artırılmalıdır. BMT-də bu istiqamətdə mexanizm yaradılmasına ehtiyac var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31