ERMƏNİSTANDA DEYİLƏN, AMMA PİS EŞİDİLƏN AĞILLI SÖZLƏR
16 Sentyabr 2023 21:04 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə millət vəkili Anar Məmmədov yazır:
Ter-Petrosyanın eks müşaviri Jirayr Libaridyan Erməni tədqiqatları və araşdırmaları Milli Assambleyasında çıxşından:
- Qarabağı heç kim tanımayacaq və bizə heç kim kömək etməyəcək...
- Fakt odur ki,beynəlxalq ictimaiyyət,BMT-nin təhlükəsizlik şurasından başlayaraq,Minsk qrupu və ATƏT daxil olmaqla dostlarımız Rusiya, İran, Fransa, Yunanıstan və Kipr. Hamısı deyir ki, Qarabağ müstəqil olmayacaq və siz Azərbaycanın tərkib hissəsiniz....
- Bu bir beynəlxalq messajdır. Biz buna qulaq asmadıq,özümüzə qulaq asdıq...
- Siz Qarabağda nə baş verdiyini görə bilərsiniz.Təsəvvür edin,BMT-nin beş üzvündən dördü,Rusiya,ABŞ,Fransa və Birləşmiş Krallıq deyir ki, biz Qarabağın blokadasından narahatıq.Lakin onlar,hətta, "Azərbaycan açmalıdır" deyən qətnamə,sadəcə qətnamə belə qəbul edə bilmirlər...
- Demək istəyirəm ki,bizim,"mən onu istəyirəm,bynu istəyirəm" lüksumuz yoxdur.Hər dəfə qarşımıza qeyri-real məqsədlər qoyanda daha çox itiririk...
- Müharibəni udduqdan sonra Əliyevin çoxsaylı variantları var. Müharibədən sonra onun təklif etdiyi,indi təklif etdiyindən daha yaxşı idi. Məncə,onun indi təklif etdiyi də idarə olunandır....
- Amma, biz elə hərəkət edirik ki, sanki müharibəni uduzmamışıq...
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.