Pilotlarımız havaya qalxdı - Çətin döyüş manevrləri yerinə yetirildi - VIDEO
16 Sentyabr 2023 11:32 SiyasətCari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Qeyd edilib ki, təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31