Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçilərinin say həddi 88-dən 98-ə qaldırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31