Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur - Şavkat Mirziyoyev

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi görməyə şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycanla əməkdaşlığının dərin tarixi bağlarının və hazırki yüksək səviyyəsinin daha bir sübutudur", - o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistana səfər edib. Dövlətimizin başçısı hazırda Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31