"Separatizmin dəstəklənməsindən Ermənistan birmənalı olaraq əl çəkmir" - ÖZƏL
14 Sentyabr 2023 15:30 Siyasət"Ermənistan və beynəlxalq ictimaiyyət hazırki məsələlərdə ziddiyyətli mövqe tutur. Qarabağda keçirilən qondarma seçkiləri beynəlxalq ictimaiyyət qəbul etmir və qanunazidd olduğunu bildirirlər. ABŞ, Böyük Britaniya, Almaniya, Avropa İttifaqı, İran, Türkiyə və.s dövlətlər bu sırada yer alır. Ağdam-Xankəndi yolundan Rusiya QXC-nin göndərdiyi humanitar yardım alqışlanır. Bununla belə, Nikol Paşinyan Qarabağdakı separatçıların yeni başçısını təbrik edir".
Bu sözləri Olaylar-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib:
"Qarabağ Azərbaycanın tərkib hissədirsə, Azərbaycanın orada suverən hüquqları bərpa olunmalıdırsa, separatizmi dəstəkləmək məntiqsizdir.
Çünki, həmən o dəstə başını qondarma parlament seçir. Bu ardıcıllıqda məntiq yoxdur. Ermənistanın bu məsələdə tutduğu mövqe saxtakarlığının göstəricisidir. Eləcə də orada yaşayan ermənilər Azərbaycan ərazisindədir. Yardım daşınması Azərbaycanın daxili siyasətidir. Azərbaycan o əraziyə hətta xarici yardımların da hansı yolla daşınmasını müəyyən edir. Bunlar, Azərbaycanın müstəsna hüququdur. Ermənistanın yaxud üçüncü başqa bir ölkənin Azərbaycana öz ölkəsi daxilindəki insanlara humanitar yardımın hansı yolla aparılması ilə bağlı göstəriş verməsi hüquqa qarşı çıxmaqdır.
Beynəlxalq münasibətlərdəki ziddiyyət də bu istiqamətdədir. Əgər separatçılar xaricdən dəstəklənməsəydi, orada hansısa qondarma seçkinin keçirilməsi mümkünsüz olardı. Heç şühbəsiz Azərbaycana təzyiq etmək üçün bu seçkilər keçirilir. Separatizmin dəstəklənməsindən beynəlxalq ictimaiyyət və Ermənistan birmənalı olaraq əl çəkmir. Bu həm qondarma seçkilərə, həm də qondarma aclığa aiddir. Hələ indiyə qədər Qarabağda hər hansı erməninin aclıqdan öldüyü görülməyib. Əksinə hazırda da toy, şənlik keçirdikləri məlumdur".