Ədliyyə Nazirliyi AMİP-ə ay sonuna qədər vaxt verdi - ÖZƏL
9 Avqust 2023 12:05 Siyasət"Siyasi partiyaıar haqqında" qanunun yeni formatda qəbulundan sonra qanuna uyğun olaraq partiyaların təkrar qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciətləri davam edir. Əksər partiyaların sənədləri, yaxud üzvləri məsələsində problemlər olduğu üçün nazirlik bir çox siyasi partiyaya göstərilən nöqsanları aradan qaldırmaq üçün vaxt verib.
Azərbaycan Milli İstiqlal Partiyasından "OLAYLAR"-a daxil olan xəbərə görə, nazirlik milli istiqlalçılara da avqust ayının sonuna qədər zaman tanıyıb. Partiyadan bildirilib ki, nazirliyə təqdim edilən sənədlər və üzvlərin sayı ilə əlaqədar olaraq bəzi dəqiqləşdirmələrin edilməsi istənilib və bunun üçün nazirlik ay sonuna qədər AMİP-ə vaxt verib.
Partiyadan qeyd edilib ki, Ədliyyə Nazirliyinin iradları nəzərə alındıqdan sonra partiya yenidən qeydiyyat üçün nazirliyə müraciət edəcək.