İlham Əliyevdə işğalçılara qarşı vuruşan ordunun komandanı olaraq qalıb gəlib - ÖZƏL
9 Avqust 2023 11:02 Siyasət"Rasim Balayev prezident İlham Əliyevə Qarabağ müharibəsində qalib komandan kimi Babək kimi xarakterizə edib. 21-ci əsrdə müharibə edib, qalib gələsən bu sıradan bir proses deyil. Həmçinin Azərbaycan 200 il ərzində torpaqlarını itirib. Prezident İlham Əliyev güclü ordu yaradaraq torpaqları işğaldan azad edib". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, dövlət başçısı artıq tarixi torpaqların geri qaytarılmasi istiqamətində strategiya ortaya qoyub:
"Babək Azərbaycanın tarixi xalq qəhrəmanı olaraq işğalçılara qarşı vuruşan ordunun komandanı olub. İlham Əliyevdə işğalçılara qarşı vuruşan ordunun komandanı olaraq qalıb gəlib. İkinci Qarabağ müharibəsində prezident İlham Əliyev həm diplomatiyada, həm də hərbi müstəvidə qalıb gəlib. Bu, bir reallıqdır".