Ermənistan sülh müqaviləsinin imzalanmaması üçün müxtəlif yollara əl atır - ÖZƏL

"Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin xronologiyasına diqqət yetirdikdə görürük ki, Azərbaycan bütün öhdəliklərin yerinə yetirilməsi üçün səylər göstərir. Sülh müqaviləsi gündəlikdədir. Ermənistan isə yenə də ənənəsinə uyğun olaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün müxtəlif yollara əl atır". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "Dövlət başçısının müsahibəsində "Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı" söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq vurğuladığı "Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq" fikirləri ilə bir daha postmünaqişə dövrünün əsas hədəfinin nədən ibarət olduğunu diqqətə çatdırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31