Afrikada baş verənlər Fransanın Qafqazla bağlı siyasətinin də tam iflasa uğrayacağını göstərir - ÖZƏL
8 Avqust 2023 11:22 Siyasət"Fransanın əksəriyyəti Azərbaycanın torpaq bütünlüyünə qarşı çıxanlardan ibarət 82 senatoru prezidentləri Makrona açıq məktub yazaraq Afrikada ölkələrinə qarşı narazılıqların baş qaldırmasından əndişələndiklərini bildirirlər. Onları anlamaq çətin deyil. Fransanın Afrikadakı müstəmləkəçiliyinə son qoyulduğu təqdirdə bu ölkə öz iqtisadi potensialına görə, təqribən İspaniyanın səviyyəsinə düşəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, fransalı senatorlar yaranmış vəziyyəti Çin, Rusiya və ABŞ-ın Afrikada mövqelərinin güclənməsi ilə əlaqələndirirlər. Burada xatırladaq ki, adı çəkilənlərlə yanaşı son illər Türkiyənin də Afrikanın müsəlman ölkələrinə təsiri diqqətə carpacaq dərəcədə artıb: "Fransa kimi yırtıcı dövlətlərin təkcə qara dərili deyil, həm də qara günlülər qitəsinə çevirdiyi Afrikada belə bir durumun yaranmasında, fikrimcə, Azərbaycan faktoru da var.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin elə həmən Afrika ölkələrindən birində-Əpcəzairdə keçirilən Ərəb Liqası Dövlətlərinin sammitində və Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın yeritdiyi müstəmləkəçilik siyasətini, törətdiyi vəhşilikləri kəskin tənqid etməsi yəqin ki, təsirsiz qalmır.
Afrika ölkələrinin çoxundan gec müstəqillik əldə edən bir dövlətin Fransanı yerində oturtması, onun yeritdiyi yaramaz siyasəti tənqid etməkdən çəkinməməsi onlar üçün bir növ örnək rolu oynayır. Sonda onu da seyim ki, Afrikada baş verənlər Fransanın Qafqazla bağlı siyasətinin də tam iflasa uğrayacağını göstərir".