Birləşmiş Krallıq Azərbaycanda minatəmizləmə sahəsinə əlavə maliyyə yardımı ayırıb - VİDEO
8 Avqust 2023 11:01 SiyasətBöyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld "Twitter" hesabında qeyd edib.
"Bu vəsait Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib", - deyə səfir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31