Həmsədrlər keçən müddət ərzində heç bir işə yaramadılar - ÖZƏL
26 İyul 2023 18:20 SiyasətErmənistanın 44 günlük müharibədən ağır məğlubiyyəti ermənilərdə və onu dəstəkləyən bəzi xarici dövlətlərdə şok effekti yaratsa da deyəsən tədricən özlərinə gəlməyə, kaputilyasiyanın nəticələrini aradan qaldırmaq üçün yeni mexanizmlər, yeni planlar üzərində baş sındırırlar. Xüsusən də hansısa beynəlxalq vasitəçi qismində yenə də öz havadarlarını prosesə cəlb etmək istəyirlər".
Bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, 1992-ci ildə ATƏT Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk Qrupu yaratdı və bu qrupun fəaliyyətini operativ və davamlı etmək üçün həmsədrlik institutu təsis edildi:
"Lakin ABŞ, Fransa və Rusiyadan ibarət olan həmsədr ölkələr keçən müddət ərzində heç bir işə yaramadılar. Nəticəsiz görüşlər, həll prinsipləri adı altında təslimçilik layihələri təqdim edildi, ermənilər isə bu dövrlər ərzində Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talan etdi".
AMİP rəsmisi deyib ki, qazanılan möhtəşəm zəfər təkcə Ermənistanı deyil, onun himayədarı kimi fəaliyyət göstərən Minsk Qrupunun həmsədrlərini də tarixin arxivinə göndərdi:
"Prezident İ.Əliyev demişkən "cəhənnəmə, görə getdi." Baxmayaraq ki, həm ABŞ, həm də Rusiya və Fransa xüsusi nümayəndə təyin etdilər, lakin rəsmi Bakının qəti mövqeyi onları faktiki işsiz qoydu".