Ərdoğan: Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur işlərini uğurla həyata keçirmələri bizi məmnun edir
13 İyun 2023 16:16 SiyasətÖzəl sektoru təmsil edən firmalarımız kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyəti uğurla davam etdirirlər.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Bununla yanaşı, Türkiyənin podratçı şirkətləri Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində işləri uğurla həyata keçirirlər. Bu, bizi ayrıca məmnun edir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31