Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirməkdə davam edəcəyik
13 İyun 2023 16:15 SiyasətMüdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Müdafiə sənayesi sahəsində atılacaq addımlarla yanaşı, bu sahədə təhsil məsələsinin də önəmini vurğulayan Türkiyə Prezidenti deyib: "Bu sahədə üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər yerinə yetirdiyimiz kimi, bundan sonra da eyni qaydada həyata keçirməyə davam edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31