AB Azərbaycan qarşı reallıqdan uzaq yanaşmalar ortaya qoyur - Deputat

"Avropa Birliyi Azərbaycana qarşı yanaşmalarda diqqətli olmalıdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, Avropa Birliyindəki bürokratlar Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamalarına dəstək olmalıldır: "Amma bunun əksinə AB Azərbaycan qarşı reallıqdan uzaq yanaşmalar ortaya qoyur".

Deputat hesab edir ki, AB Azərbaycanın Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı atdığı addımlara gördüyü işlərə diqqətlə yanaşmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31