İndi demokratiyadan dəm vuranlar özlərini Azərbaycan cəmiyyətinə sırıyırlar

"9 iyun Heydər Əliyevin Azərbaycana qayıdış günüdür. Qayıdış gününün 30 ili tamam olur". Olaylar xıbır verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov deyib. Bildirib ki, Ulu öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Azərbaycana qayıdıb, bununla da Azərbaycan demokratik yolla inkişaf edərək bu günkü yüksəlişə nail olunub: "Azərbaycanda olan hərc-mərclik vətəndaş müharibəsinin, dövlət çevrilişlərinin, qardaş qanının tökülməsinin qarşısının alan Ümummilli lider Azərbaycanda sivil, demokratik yolla seçkilərin və hakimiyyətdə təmsil olunmanın əsasını qoydu". Onun sözlərinə görə, vaxtilə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün həmişə dediyi söz var idi: ""Bizi silah yolu ilə gəlmişik, bizi ancaq silah yolu ilə devirmək olar". İndi demokratiyadan, insan hüquqlarında dəm vuranlar özlərini bu cür ideya ilə Azərbaycan cəmiyyətinə sırıyırlar. Azərbaycan artıq özünün ərazi bütövlüyü təmin edib, artıq inkişaf etmiş Avropa ölkələri sırasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31