“Böyük Qayıdış günü təsis edilsin” - Təklif

"Böyük Qayıdış günü təsis edilsin!" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd edib ki, 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonun Cocuqmərcanlı kəndi düşməndən azad edilib: "2017-ci ildə bu kənd qısa zamanda bərpa edildi. Bununla da Böyük Qayıdışın əsası qoyuldu. Bu gün II Qarabağ müharibəsindən sonra xalqımız Böyük Qayıdışın növbəti mərhələsini yaşayır. Bu tarixin təsis edilməsi erməni işğalına bird aha tarixi nəzərlərin yetirilməsi baxımından önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31