Ermənilər yeni savaşa hazırlaşır? - ÖZƏL

"Neçə gündür ki, həm Azərbaycan-Ermənistan şərti sərhəddində, həm də Qarabağda ordumuzun mövqeləri ardıcıl olaraq atəşə tutulur. Hələ bu azmış kimi Qarabağdakı qanunsuz silahlı birləşmələr orada uzunmüddətli istehkamlar da qurmağa cəhd edirlər. Demək ki, yeni savaşa hazırlaşırlar". Bunu Olaylar-a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, nə ilə sualına cavab da var-Fransanın göndərdiyi və Hindistanın İran üzərindən ötürdüyü, ötürməyə hazırlaşdığı silah-sursatla: "Bu silahlandırma, Makronun Praqa danışıqlarından sonra etdiklərini Kişineu görüşü başa çatar-çatmaz təkrarlaması, yəni son dərəcə məsuliyyətsiz açıqlamalar verməsi belə görünür ki, hayları yeni qarşıdurmalara həvəsləndirir. Xəstə zehniyyətlilərə çatmır ki, əgər Fransa prezidenti deyirsə,  "Qarabağ tanınmamış mübahisəli ərazidir", eyni məntiqdən çıxış edərək Marseli də o cür adlandırmaq olar və bununla heç nə dəyişmir. 

Belə görünür ki, ikinci dünya savaşında cəmisi 42 günə təslim olan bir ölkənin başında duran boşboğazın sözlərindən ruhlanaraq revanşizmə can atanlar bu dəfə "böyük bacı"larının rekordunu təzələyəcəklər. Yəni 44 günə deyil, daha tez darmadağın ediləcəklər. 

Amma məndə sual yaranır- biz durub gözləməliyikmi ki, Fransa, İran, Hindistan və digərlərinin silahlandırdıqları düşmən güclənərək üzərimizə gəlsin? Ümumiyyətlə, hansı dövlət razılığı olmadan başqasının ordusunun bir hissəsinin torpaqlarında yerləşməsinə göz yumar?  Əlbəttə, heç bir dövlət  bununla barışmaz.  Ona görə də məncə, beynəlxalq normalarla təsbit edilən özünüqoruma hüququna dayanaraq Azərbaycan həm şərti sərhəddə, həm də Qarabağda qəti addımlar atmalıdır və düşünürəm ki, atacaq da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31