Bu gün Ərdoğanın andiçmə mərasimi olacaq
3 İyun 2023 10:37 SiyasətBu gün Türkiyədə prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Şimali Kipr, Qazaxıstan da daxil olmaqla, 20-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.
Bəzi ölkələri isə XİN rəhbərləri təmsil edəcək.
İnauqurasiya ilə bağlı ilk tədbir Türkiyə Böyük Millət Məclisində keçiriləcək. Daha sonra isə Beştepedə prezident iqamətgahında tədbir təşkil ediləcək.
Bunun ardınca isə, Ərdoğanın Çankaya iqamətgahına gedəcəyi bildirilir. O, burada ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31