ATXƏM sədri Ərdoğanı təbrik etdi

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov 

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Təşkilatdan "OLAYLAR"-a daxil olan təbrik məktubunda qeyd edilir:

"Hörmətli cənab Prezident!

Sizi - Türkiyə Respublikasının 13. Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə bu mühüm və şərəfli vəzifənizdə uğurlar, can sağlığı arzulayıram.

Sizin qardaş Türkiyə Respublikasına rəhbərlik etdiyiniz son 20 il bu ölkədə inkişafın, hərbi və ağır sənayenin dünya standartlarına rəqabətli transfarmasiyasının, dünyada Türk millətinin və dövlətinin nüfuzunun artması, Türkdilli ölkələrlə əlaqələrin dərinləşməsi və islam coğrafiyasının həmrəylik meyllərinin artması ilə yadda qaldı.

Şübhəsiz ki, bu uğurların təməlində Sizin liderlik xüsusiyyətlərinizlə yanaşı, əzmkarlığınız, cəsarətiniz və qərarlılığınız müstəsina rol oynamışdır". 

Təbrik məktubunda daha sonra bildirilir:

"Sizin bu insani və tutumlu xarakteriniz, Azərbaycan xalqına və dövlətinə, onun Ali baş komandanı İlham Əliyevə qarşı səmimi qardaşlıq münasibətiniz, iki qardaş xalqlarımızı bir-birinə elə bağlayıb ki, biz Türkiyədə keçirilən seçkilərin taleyini Azərbaycan xalqının gələcək taleyindədə də əsas kimi görür, hiss edirik. 

Azərbaycanın uzun illər  işğal altında qalan Qarabağ torpaqlarının azad olunmasında Sizin qətiyyətli mövqeyiniz və dəstəyiniz bizim tərəfimizdən əsla unudulmayacaq". 

ATXƏM qeyd edir ki, regionda qalıcı barışın və sülhün əldə olunması, Azərbaycanın bölgədə strateji layihələrinin qətiyyətli bir şəkildə həyata keçirilməsi və genişləndirilməsi üçün, Türkiyəni Azərbaycan üzərindən bütün Türk dövlətlərilə bir can kimi birləşdirilməsi üçün Sizin qərarlı və qətiyyətli mövqeinizə bütün Türk xalqının yenidən ehtiyacı vardır:

"Hesab edirəm ki, bu ehtiyacı çox gözəl hiss edən qardaş Türk xalqı yenidən Sizin rəhbərliyinizlə yola devam dedi. 

Biz də uzun illər Türk xalqları və diaspora təşkilatları ilə əməkdaşlıq edən bir təşkilat olaraq, bundan sonra da Türk dünyası ilə bağlı apardığnız siyasətdə hər zaman yanınızda olmağı özümüzə bir borc bilirik.  

Yolunuz açıq, Türk millətinin bayrağı hər zaman uca olsun!

Bir daha Sizi təbrik edir, Sizlərə can sağlığı arzu edirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31