Koreya Milli Assambleyasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupununs ədri SuhByonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanını ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31