Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək
20 Aprel 2023 13:32 SiyasətMilli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəriAzay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, tədbirdə ATƏT PA-nın fəaliyyəti haqqında məlumat dinləniləcək, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələri təqdim ediləcək, inzibati və maliyyə məsələləri müzakirə olunacaq.
Səfər aprelin 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31