Separatçılar dilemma qarşısında - ÖZƏL
20 Aprel 2023 13:19 Siyasət"Azərbaycan dövləti, Ali Baş Komandan Cənab İlham Əliyev Qarabağdakı separatçı tör=töküntüləri dilemma qarşısında qoyub. Onlar ya bütün qeyri-qanuni hərəkətlərə son qoyub Azərbaycan vətəndaşlığını qəbul edərək ərazilərimizdə yaşamalı, ya da ərazilərimizdən çıxıb getməlidirlər. Əgər separatçılarda ağıl və gələcəyi dəyərləndirmək kimi zəka olsa, o halda birinci variantı seçərlər". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, separatçılar anlamalıdırlar ki, Azərbaycan dövləti onların nazı ilə çox oynamayacaq: "Necə ki, Ermənistan dövləti 30 ilə yaxın ərköyünlük edib işğal etdiyi ərazilərimizi tərk etmədi və güman etdi ki, işğal faktı əbədiyyən belə qalacaq, ancaq Azərbaycan dövləti, onun güclü ordusu və Müzəffər Ali Baş Komandanı bu ədalətsizliyi aradan qaldırdı, torpaqları erməni işğalından azad etdi. Eyni ilə də indi demək olar ki, anoloji vəziyyət yaranıb. Qarabağ separatçıları hesab edirlər ki, Azərbaycan dövləti onların nazı ilə oynayacaq və onlar da öz ərköyünlüklərini davam etdirəıcəklər".
Arzuman Muradlı bildirib ki, Qarabağ separatçıları əslində Ermənistan hakimiyyətindən, onun 44 günıük müharibədə üzləşdiyi biabırçı məğlubiyyətdən dərs çıxarmalıdır:
"Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Dövlət Televiziyasına verdiyi müsahibə zamanı separatçılara ünvanlanmış mesajlar onlar üçün sonuncu xəbərdarlıq ola bilər. Əgər nəticə çıxarmasalar, nəticə onlar üçün arzuedilən olmayacaq. Çünki Azərbaycanın hüququ var ki, ərazisindəki qeyri-qanuni hərbi birləşmələri zərərsizləşdirmək üçün antiterror əməliyyatı keçirsin".