Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasını təşkil edir - ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu". "Olaylar"ın məlumatına görə, bunu de4yən millət vəkili Kamran Bayramovun sözlərinə görə, səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, "Azərişıq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda  "ASAN xidmət" mərkəzinin açılışı oldu: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Neftçalanın Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Hər bir səfər vətəndaş məmnunluğunun artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31