Milli Məclisin deputatları Romaya səfər edəcəklər
14 Aprel 2023 16:17 SiyasətMilli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili aprelin 17-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, Səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak edəcəklər.
Səfər aprelin 24-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31