QDİƏT Parlament Məclisinin komitə iclası keçirilib

Aprelin 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Texnoloji və ekoloji məsələlər üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib. Olaylar xəbər verir ki,
İclasda Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri deputat Eldar Quliyev, üzvləri - deputatlar Ramin Məmmədov və Elşad Mirbəşir oğlu iştirak ediblər.
Əvvəlcə iclasın gündəliyi təsdiq edilib. Sonra tədbirdə "QDİƏT-ə üzv dövlətlərdə kosmik texnologiyalar: milli siyasət və inkişaf" mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31