Qənirə Paşayeva həmkarlarına çağırış etdi: Əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürək

"YAŞAT Fondunda vəsait çatışmır".  Olaylar xəbər verir ki, bu fikri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva səsləndirib. Qənirə Paşayeva deputat həmkarlarını YAŞAT Fonduna vəsait köçürməyə çağırıb: "Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək".

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: "Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31