lham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir - ÖZƏL

"İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev səsləndirib. Hakim partiya rəsmisi deyib ki,  sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir: "Bu da Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bütün sahələrdə olan inkişafa görə, ölkəmizdəki tərəqqiyə görə məhz Azərbaycan xalqı 2003-cü ildə necə düzgün addım atmaqla, düzgün seçim etmişdirsə, eləcə də bu seçimi 2008, 2013,2015 və 2018-ci ildə də etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31