Neft Fondundan YAŞAT Fonduna vəsait köçürülsün - Təklif

"YAŞAT Fonduna müraciət çoxdur, artıq bu müraciətlərə imtinalar verilir. Bu da vəsait çatışmazlığı ilə bağlıdır". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev bildirib. Deputat təklif edib ki, Dövlət Neft Fondundan YAŞAT Fonduna vəsait köçürülsün: "İmkanlı şəxsləri də YAŞAT Fonduna vəsait köçürməyə çağırıram. Çünki hələ də müalicə və reabilitasiyaya ehtiyacı olan müharibə əlillərimiz var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31