Özbəkistanda "Şuşa günləri" keçiriləcək
10 Aprel 2023 15:35 SiyasətMilli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri TamamCəfərova və Vüqar İsgəndərov aprelin 11-12-də Özbəkistanda keçiriləcək "Şuşagünləri" silsilə tədbirlərində iştirak edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq "Şuşa günləri"i tədbirlərinin açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfransın, kitab təqdimatının, foto və nəşrlərdən ibarət sərginin keçirilməsi, həmçinin Qarabağa aid milli geyimlərin, bədi ikompozisiyaların nümayişi və konsert proqramları nəzərdə tutulub.