İranın səmimiyyətinə inanmaq çətindir - ÖZƏL
10 Aprel 2023 12:08 Siyasət"Çox arzu edərdik ki, İranın əməkdaşlıq niyyəti səmimi olsun və Tehran bundan sonra Bakıya qarşı öz düşmən mövqeyindən əl çəksin. Ancaq etiraf etmək lazımdır ki, buna inamımız azdır. Çünki İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı Azərbaycan və İran xarici siyasət idarəsi rəhbərlərinin bu günlərdə baş tutan telefon danışığına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bundan əvvəl də İrandan anoloji gedişlər edildiyinin şahidi olmuşuq, ancaq çox keçmədən molla rejimi özü münasibətləri gərginləşdirməyə maraqlı olub, iç üzünü bir daha açıb göstərib:
"Yadınızdadırsa, bir müddət əvvəl də İranın xarici işlər naziri eyni jesti etmişdi. Ancaq çox keçmədi biz nəyi müşahidə etdik? Molla rejimi Tehrandakı səfirliyimizə qarşı terror hücumu həyata keçirdi. Ona görə də İranın səmimiyyətinə inanmaq bir qədər çətindir".
Arzuman Muradlı onu da qeyd edib ki, İran bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən isə Təbrizdəki konuslluğumuza qarşı təxribat hazırlayır, konsulluq əməkdaşlarına İranı tərk etməsi barədə xəbərdarlıqlar edilir: "Buradan da aydın görünür ki, İran heç bir halda Azərbaycana qarşı səmimi deyil və bu ölkənin mahiyyəti dəyişməyib".