Azərbaycan regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni həyat təklif edir - ÖZƏL

"Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə,  Azərbaycan işğal altlnda olan torpaqları azad etməklə və işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa-qurculuq işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı, həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni münasibətlər, davranış tərzi, bütün region xalqlarının maraq və mənafelərinə uyğun yeni həyat təklif edir: "Azərbaycanın  həmin missiyasının dolğun şəkildə reallaşdırılması  təkcə Qarabağın deyil, ümumilikdə regionun abı-havasını və mənzərəsinə yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişməyə yönəlib ki, bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31