Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi üçün səylər artırılmalıdır - ÖZƏL

"Yeni reallıqlardan çıxış edərək və Azərbaycan və Gürcüstanın malik olduğu böyük potensialı nəzərə alaraq demək olar ki, bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində səylər artırılmalııdr". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet əməkdaşlı sahələrindən öndəgedənlərindən olacaq: "Ölkələrimizin tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsi ilə,  xüsusilə də "Orta dəhliz"in artan rolundan daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini dəfələrlə artırmaq olar. Azərbaycan və Gürcüstan energetika sahəsində bir çox irimiqyaslı layihələrin gerçəkləşməsində töhfələrini verən ölkələrdir. İki ölkə arasındakı bu əməkdaşlıq qarşılıqlı faydalılıqla yanaşı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Qarşılıqlı etimada əsalanan bu cür  iş birliyi nəticəsində ortya qoyulan Orta Dəhlizin önəmi artdıqca  regionumuzun etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan kimi də əhəmiyyəti artıracaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31