TÜRKSOY ölkələrinin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Azərbaycana keçir

Hazırki iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçir.

Trend-in məlumatına görə, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə ciddi nailiyyətlər əldə ediləcəyinə ümid edirik.

"Bu il may ayının 12-də "Şuşa türk dünyasının mədəniyyət paytaxtı 2023 ili"nin açılış mərasimi baş tutacaq. İnanırıq ki, bu, türk dövlətləri arasında mədəniyyət sahəsinə əməkdaşlığın inkişafına uğurlu olacaq" - deyə o A.Kərimli əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31