Milli Məclisin sədrindən İrana çağırış: "Buna heç kimin haqqı yoxdur!"

İran parlamenti Azərbaycana qarşı saxta ittihamlar üzərində qurulan bəyanat verib. Azərbaycan torpaqları erməni işğalı altında olduğu zaman Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona dəstək verən İran indi Azərbaycanın İsraildə səfirlik açmasından narahat olur.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan müstəqil ölkədir və hansı ölkə ilə necə münasibətlər qurması onun daxili işidir. "Azərbaycanın suveren hüquqlarına müdaxilə etməyə heç kimin haqqı yoxdur. İranı ikitərəfli münasibətlərə xələl gətirən addımlardan çəkinməyə çağırırıq", - deyə S.Qafarova əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31