Ölkəmizin dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib - ÖZƏL
7 Aprel 2023 11:31 Siyasət44 günlük Vətən müharibəsindən sonra Azərbaycan nəinki regionda, hətta beynəlxalq aləmdə belə yeni reallıqlar yaratdı, dünya birliyini bu reallıqlarla barışmaq məcburiyyətində qoydu. Elə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da bu qənaətdədir. "OLAYLAR"-ın xəbərinə görə, YAP rəsmisi deyib ki, ölkəmizin dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir: "İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar. Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir".