Prezident bütün sahələrdə Azərbaycanı uğurla müdafiə edir - ÖZƏL
7 Aprel 2023 11:28 Siyasət"Cənab Prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Akşin Əliyev səsləndirib. Hakim partiya təmsilçisi bildirib ki, O, uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır: "Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Nəticədə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı".