"İslam və terror" ifadələrinə qarşı ən sərt çıxışlarını bildirən elə Azərbaycandır - ÖZƏL
6 Aprel 2023 16:41 Siyasət"Hazırda biz Azərbaycanda İran dövlətinin təzyiqləri, təhdidləri, terrorçuluq fəaliyyətlərini müşahidə edən bir durumun içərisindəyik və gizli və ya açıq şəkildə İran dövləti Azərbaycana qarşı bir savaş aparır".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"İstər informasiya, istər dezinformasiya, istər terror-təxribat savaşı aparır. Belə bir məqamda biz qarşı tərəfin davranışları ilə bağlı öz cəmiyyətimizi məlumatlandırma çalışmalarında, onlara qarşı mübarizəni təşkil etmək məqamında diqqətli olmalıyıq. Xüsusən, mətbuat, jurnalistlər, ictimai rəy yarada bilən xadimlər, fəal ictimaiyyətçilər, sosial şəbəkə üzərindən mübarizə aparan şəxslər və s. istiqamətdə diqqətli olmaq lazımdır və əsas diqqət edilməli məqamımız odur ki, İran dövləti bizə qarşı İslam dini adı altında şiə məzhəbi üzərindən bir basqı kompaniyası həyata keçirir. Bu məsələlərin İrana və onun apardığı bu dırnaqarası mübarizəyə heç bir aidiyyatı yoxdur. Azərbaycan kifayət qədər sanballı bir İslam dövlətdir, həm də şiə məzhəbinə mənsub olan müsəlman əhalisinin çoxluq təşkil etdiyi ölkə kimi tanınır. Burada heç kimsənin dini, məzhəbi inanclarına toxunulmur. Kimsə şiə və yaxud sünni məzhəbinə mənsub olduğu üçün sıxışdırılmır. İslam dini Azərbaycanda ən yüksək səviyyədə təbliğ olunur, yaşadılır və bu istiqamətdə işlər görülür. Azərbaycanda kifayət qədər məscidlər var, Azərbaycan dövləti özü bu məscidlərdə çalışanları maliyyələşdirir. İndi biz müqəddəs Ramazan ayındayıq və müsəlmanlar rahat şəkildə orucunu tutur, ibadətini yerinə yetirir, iftar mərasimləri təşkil olunur. Həm Ramazan, həm Qurban bayramı Azərbaycanda rəsmi şəkildə qeyd olunur, qeyri-iş günləri siyahısına daxil edilir. Hətta şiə məzhəbinə mənsub olan əhalimiz üçün belə Kərbəla hadisəsinin ildönümündə dövlət xüsusi ehtiram göstərir, aksiyaların keçirilməsində, şiələrin toplaşmasında və s. məsələlərdə qətiyyən hər hansı bir problem törədilmir. İndi bütün bunlardan sonra kiminsə çıxıb "biz İslam dini ilə bağlı mübarizə aparırıq, dindarlar orda təzyiqlərə məruz qalır, şiələr sıxışdırılır" deməsi, gülünc iddialardır. "İslam və terror" ifadələrinə qarşı ən sərt çıxışlarını bildirən elə Azərbaycandır. Yəni, bu anlamda, mən hesab edirəm ki, bu ifadələrdən bizə qarşı istifadə edib öz maraqlarını təmin etmək istəyənlərin niyyətləri həyata keçməyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31