"Ermənistanda bu fikrin ortaya atılması bir mesajdır"- ÖZƏL
6 Aprel 2023 16:15 SiyasətAnna Akopyan etiraf edib ki, 2020-ci ildə 44 günlük müharibədə Ermənistan Ordusunun təxminən 25%-i - 11 min nəfəri fərari olub, döyüşlərdən qaçıb.
Vətən müharibəsi zamanı ölkəmizdən 1 nəfər belə fərari olmayıb. Müharibədən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Anna Akopyan hansı məqsədlə bu fikirlə çıxış edib?
Mövzu haqqında politoloq Oqtay Qasımov "Olaylar"-a açıqlama verib:
"Anna Akopyanın bu çıxışı bir neçə məqsədə hesablana bilər. Düşünürəm ki, Ermənistanda revanşist çağırışların artdığı bir dövrdə bu fikrin ortaya atılması bir mesajdır. Yəni, revanşist çağırışlar edənlər anlasın ki, 44 günlük savaş zamanı Azərbaycan ordusunda 1 nəfər fərari olmadığı halda, Ermənistan ordusunun 4 də 1-i savaş meydanından qaçıb. Gələcək savaşlarda da belə aqibətlə zləşmək ehtimalı çox yüksəkdir. Məsələnin mahiyyəti bundan ibarətdir. Akopyan həqiqətləri etiraf edib. Erməni cəmiyyətinin gərək bu cür məlumatlar yadına salınsın ki, onlar savaş çağırışlarının necə olacağı nəticələrini bir daha düşünsünlər".