"Hazırda Azərbaycanda molla rejiminin dayaqları sarsılır"- ÖZƏL

"Deputat Fazil Mustafaya qarşı törədilən cinayət işi gözlənilən idi. Hazırda Azərbaycanda Molla rejiminin dayaqları sarsılır. Azərbaycan Təhlükəsizlik Orqanları onların buradakı şəbəkəsini çökdürüb. Qısa müddət ərzində Kərimə dövləti yaratmaq istəyənlər və digərləri həbs edilir. Bizim bildiyimiz qədərilə hələki əsas cəsus şəbəkəsinə mənsub olan 50-ə yaxın şəxs həbs edilib".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Bunlar, İranın xislətindən doğan hadisələrdir. Fazil Mustafaya qarşı olan hücum terror aktıdır. Bizə Hüquq Mühafizə orqanlarına təşəkkür etmək düşür. Məsələ çox operativ şəkildə həll edildi.  DTX, DİN, Prokurorluq kifayət qədər fəal işləyirlər. Terrorçuların həbs edilməsi, həbs qətimkan tədbirlərinin görülməsi qanunvericiliyə uyğun aparılır. İnanıram ki, İranın ölkəmizdəki cəsus şəbəkələri tamamilə ifşa ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31