İranın Azərbaycana qarşı təxribat pozuculuq işləri ölkəmiz müstəqil olduqdan sonra başladı - Elşad Həsənov
6 Aprel 2023 15:08 Siyasətİranın Azərbaycana qarşı təxribat pozuculuq işləri ölkəmiz müstəqil olduqdan sonra başladı.
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqil olduqdan sonra İranın xüsusi xidmət orqanları və onların din pərdəsi altında gizlənmiş əməkdaşları ölkəmizə ezam edildilər və qeyri-leqal şəkildə iş aparırdılar.
"İran islamını Azərbaycana ixrac etməyə çalışdılar. Bunun üçün çox böyük vəsəitlər xərcləyiblər və qismən buna nail olublar.
Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra öz sifətlərini daha aydın şəkildə göstərdilər. İran bütün bu faktlara göz yumaraq Ermənistanı dəstəklədi. 2020-ci il 44 günlük müharibədə İran Ermənistana hərbi, siyasi yardımlar göstərdi. Hətta Birinci Qarabağ müharibəsi zamanı Ermənistan prezidenti olmuş Ter-Petrosyan öz xatirələrində qeyd edir ki, əgər İran olmasaydı Ermənistan məğlub olardı", - deyə E.Həsənov bildirib.
E. Həsənov həmçinin əlavə edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəni həzm edə bilməyən İran Azərbaycanı açıq formada təhdidlər edir, hədələyir, sərhədlərimizdə təlimlər keçirir və hərbi vertolyotu sərhəddimizi pozur.
"İran hətta Zəngəzur dəhlizinin açılmasını qırmızı xətt kimi adlandırır və buna qarşı olduqlarını bildirirlər", - deyə o əlavə edib.