İranın tarixi fars düşmənçiliyi - ÖZƏL

"İran rejiminin tək Azərbaycana yox, həm Türk xalqlarına, həm də ümumiyyətlə, İslam aləminə olan münasibətinin kökündə tarixi fars düşmənçiliyi dayanır". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  bu, dinlərin yox, sivilizasiyaların davasıdır:

"Fars rejimi Azərbaycanın Ermənistan üzərində qələbəsini özü üçün iki əsrdən sonra təhlükə kimi qəbul etdi və bununla mübarizə aparmaq üçün artıq öz üzünü gizlətməyin lazımsız olduğunu açıq göstərdi. Artıq Türk irqinin yenidən dirçəldiyini gördü və bunu öz irqi üçün təhlükə hesab edir".

Politoloq deyib ki, min il Türk idarəçiliyinin yenidən qayıda biləcəyi gerçəyi fars rejiminin qorxulu yuxusuna çevrilib: "Onların hər yerdə gözlərinə düşmənlər görsənir. Yəqin buna görədir ki, sərhəddin o tayından Azərbaycana baxanda gözlərinə yeni tikilmiş camış fermalarında İsrail əsgərləri görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31