İranın iç üzü açıldıqca daha da azğınlaşır

İran-Azərbaycan münasibətləri Azərbaycanın İsraildə səfirlik açılması ilə artıq geridönməz hal aldı. Müstəqillik dövründə bu hadisəyə kimi Azərbaycan hər zaman İranın həsassiyyətini gözlədiyi üçün İsraildə səfirlik açmırdı. Bu, İrandan çəkindiyimiz üçün deyil, sadəcə İran dövlətini özümüzə İsraildən yaxın hesab etdiyimiz üçün etmirdik. İranı həmişə müfafiə edir, üçüncü tərəflərin Azərbaycan ərazisini İran əleyhinə istifadə etməyə imkan verməyəcəyimizi dəfələrlə qeyd edirdik. Azərbaycan əhalisinin İrana gediş-gəlişlərinə, dini təhsil almasına və bir çox hallara adi baxırdıq, çünki biz, həmişə İranı dost və qardaş ölkə hesab edirdik.

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyir ki, hələ Sovet İttifaqı dağılmağa başlayanda ilk olaraq Naxçıvan ərazisində Araz çayı boyu sərhəddə tikanlı məftilləri söküb, İranlı bacı-qardaşlarımızla qovuşmağı biz istəmişdik: "Sərhədlər açılandan sonra isə Azərbaycan vətəndaşlarının ilk işi İrana getmək, İrana burdan metal, mal-qara daşımaq olmuşdu, əvəzində Azərbaycana "bakuş" və İran saqqızı daşımaq müqabilində. İran iqtisadiyyatı bu alış-verişdən külli miqdarda xeyir görmüşdü. Amma İran nə edirdi? Tarix hamıya bəllidir. İran görüşləri zamanı Şuşanın işğalından, Xəzər dənizində Azərbaycana hədə gəlməkdən tutmuş, hansıki bundan sonra "Türk Şahinləri" Bakı səmasında Azərbaycana dəstək üçün uçmuşlardı, bir çox gizli fəaliyyətlər həyata keçirmişdi. Bura Azərbaycanda tanınmış insanların qətlindən, Ziya Bünyadov, Rafik Tağı və s. ölümündə günahkar bilavasitə İran bilinmişdi. Bundan sonra Gəncə şəhərində İcra başçısına silahlı hücum İranın yetişdirdiyi azərbaycanlı terroristin işi idi. İran bütün bunları Azərbaycanda şiə ideologiyası adı altında tərəfdaş toplamaq fəaliyyəti ilə paralel aparırdı. İnsanların dini inanclarını yanlış yönə yönəltməklə onları əsl din yolundan azdırmaq yolu ilə. Bunlar İranın Azərbaycanın ona göstərdiyi dostluq bə qardaşlıq münasibətinin cavabı idi".

Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına İran dövləti bir dəfə də olsun ciddi bəyanat vermədi: "Tək bir faktı qeyd edim. İranın keçmiş prezidenti Əhmədinejatın Bakıda İran səfirliyində mətbuat ilə görüşü keçirilirdi. Jurnalistin Ermənistanın işğalçı siyasətinə İranın mövqeyi barədə verdiyi sualı iki dəfə müxtəlif tərzdə verməsinə baxmayaraq İran prezidenti açıq şəkildə və gülə-gülə, nifrət yaradacaq şəkildə: "siz məndən Ermənistan barədə mənfi fikir gözləyirsiniz, amma mən bu barədə heç nə deməyəcəyəm"- demişdi, ya buna yaxın bir ifadə işlətmişdi. Azərbaycan öz torpaqlarını 2020-ci ildə 44 günlük müharibədə azad etdi. Erməni işğalına böyük ölçüdə son qoydu. İran rejimi sanki bundan sonra artıq Azərbaycana qarşı olan kin və nifrətini gizlətməyə, ört-batır etməyə ehtiyac görmədi. Artıq açıq şəkildə Azərbaycan əleyhinə bəyanatlar verməyə, hərəkətlər etməyə, hədə-qorxular gəlməyə başladı. Azərbaycanın təhlükəsizliyini təhlükə altında alan addımlar atdı. Ermənistanın yanında olduğunu açıq bəyan etdi, beləliklə də, tərəfini bəlli etdi. Artıq gizli qalan heç nə qalmadı. Sərhəddimizə dəfələrlə hərbi texnika belə yığdı, hərbi təlim keçirdi, Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir dedi. Bir sözlə, Azərbaycana düşmən olduğunu bildirmək üçün nə lazım idisə etdi. İran rejimi öz xislətini bəlli etdi. Ermənistanla bacı olduqlarını qeyd etdilər. Özləri bilər. İki bacının işinə qarışmaq bizim işimiz deyil. Onlar öz hərəkətlərində sərbəstdirlər. Onda Azərbaycan niyə öz hərəkətlərində sərbəst olmasın?! Azərbaycan da uzun illərdir təxirə saldığı İsraildə səfirlik açmaq istəyini həyata keçirdi və İsraildə səfirliyini açdı. Bununla yanaşı bunu İrana qıcıq vermək üçün deyil, dövlətin maraqları belə tələb etdiyi üçün etdi. İsraillə yanaşı Fələstində də səfirlik açdı və bunla bəyan etdi ki, Azərbaycan dövləti məsləhət bildiyi ölkədə səfirlik açmasını hansısa dövlətin maraqları çərçivəsində yox, beynəlxalq əlaqələrin inkişafı baxımından təşkil edir".

Azər Qasımov deyib ki, İran bunun cavabını Azərbaycana verdi. Gözlənildiyi kimi terrorla: "İslamın əsas şərtlərindən və müqəddəs günləri olan orucluq ayında, hansıki bu günlərdə İslam aləmində qan tökməmək üçün müharibələrin belə dayandırılıb, fasilə verildiyi bir ayda öz "dindarlarına" Millət vəkilini öldürmək əmri verməklə cavab verdi. Deyiləsi söz də tapmaq olmur ki, İran rejiminin bu hərəkətinə qiymət verəsən. Məsələ ondadır ki, İran rejiminin ətraf ölkələrdə hansısa casus təbəqəsi yaratmaq cəhdinə və hərəkətinə haqq qazandırmaq olar. Bu, hər bir dövlət üçün müəyyən mənada qəbul edilən praktikadır, amma məsələ ondadır ki, həmin casus təbəqəsi vətənpərvərliyi, dövlətçiliyi, ana vətən, agentura şəbəkəsi kimi anlayışları bir kənara qoysaq, əsl dindar insan və ya dövlət, öz dinindən olan insanlara necə terror edər və ya bunun üçün əmr verər?! Biz, əslində çox emosional oluruq və İslam dini, müsəlmançılıq amilini öz anladığımız, gördüyümüz dünya görüşünə görə qavrayırıq və ona görə də İran rejiminin bu addımlarını qəbul edə bilmirik. İran rejimnin əslində bizim fikirləşdiyimiz kimi İslamla, müsəlmançılıqla heç bir əlaqəsi yoxdur. Bu rejim özü kimi saxta bir din yaradıb və ətrafındakı münafıqları da buna inandırıb. Əslində tarixdə belə bir cərəyan olub və bu günə kimi də davam edir. Bunlar "Haşaşilər", "Fatimilər" deyilən və Orta əsrlərdə 1080-ci illərdən 1120-ci illərə qədər fəaliyyət göstərmiş Hasan Sabbahın davamçılarıdır. İran coğrafiyasındakı Əlamut qalasında məskunlaşmışlar həmin dövrlərdə. Həmin cərəyan indi də mövcuddur və İran rejiminin din anlayışı onların anlayışları ilə eynilik təşkil edir".

Politoloq deyib ki, İran rejiminin tək Azərbaycana yox, həm Türk xalqlarına, həm də ümumiyyətlə, İslam aləminə olan münasibətinin kökündə tarixi fars düşmənçiliyi dayanır: "Bu, dinlərin yox, sivilizasiyaların davasıdır. Fars rejimi Azərbaycanın Ermənistan üzərində qələbəsini özü üçün iki əsrdən sonra təhlükə kimi qəbul etdi və bununla mübarizə aparmaq üçün artıq öz üzünü gizlətməyin lazımsız olduğunu açıq göstərdi. Artıq Türk irqinin yenidən dirçəldiyini gördü və bunu öz irqi üçün təhlükə hesab edir. Min il Türk idarəçiliyinin yenidən qayıda biləcəyi gerçəyi fars rejiminin qorxulu yuxusuna çevrilib. Onların hər yerdə gözlərinə düşmənlər görsənir. Yəqin buna görədir ki, sərhəddin o tayından Azərbaycana baxanda gözlərinə yeni tikilmiş camış fermalarında İsrail əsgərləri görünür".

"İran özünü geosiyasi baxımdan elə bir çıxmazın içərisinə soxub ki, dünya neft-qaz ehtiyatlarının miqdarına görə ikinci yerdə olmasına baxmayaraq yürütdüyü siyasət səbəbindən tətbiq edilən sanksiyalara görə az qala orta əsrlərdə qalıb" deyən Azər Qasımovun qənaətincə, əslində onlar Orta əsrlərdə qalan yazıq xalqdır: "İran rejimi özünü qorumaq üçün çox inkişaf edib hərbi cəhətdən. Hətta dünyanın "ikinci hərbi gücü" hesab edilən Rusiyaya pilotsuz uçuş aparatları satacaq qədər. Uzaqmənzilli raketlər istehsal edəcək qədər. Bir az da qalsa, nüvə silahı istehsal edərək nüvə dövlətinə çevriləcək qədər. Amma bunun sadə xalqa nə xeyri? Xalq artıq molla rejimindən bezib. Aylardır rejim əleyhinə keçirilən qanlı etirazların barəsində yazmağa ehtiyac yoxdur. Xalqın narkotik və cəhalətlə "yedizdirildiyi" bir ölkədə 40 ildən çoxdur ki, molla rejimi cəhalət mühiti yaratmaqla dindar kütlə adı altında zombiləşmiş nəsil yetişdirsə də, azadlıq, inkişaf və müasirlik istəyən nəslin də yetişməsinə mane ola bilməyib. İran rejimindən qaçan böyük kütlə Amerika və Avropada təhsil alıb, oralarda qalıb. Daxildəki mütərəqqi gəncliyi isə Türk olmaqları, onların gen yaddaşı xilas edib. Manqurtlaşmaqdan tarixi yaddaşı qurtarıb. Hər il Babəkin 22il ərəb işğalına qarşı mübarizədə müdafiə qalası olan "Bəzz qalası"nın qalıqlarını ziyarət etmək üçün minlərlə Türkün yürüş etməsi bunun bariz nümunəsidir. Cənubi Azərbaycanın futbol komandası olan "Traktorun" oyunları zamanı ucalan təzahüratlar bunun nümunəsidir".

Sonda politoloq onu da qeyd edib ki, İran rejiminin əsl üzü açıldıqca daha da azğınlaşır: "Tehrandakı səfirliyimizə terror hücumu və bunun nəticəsində səfirlik əməkdaşlarının gülləbaran edilməsi, indi də Təbrizdə yerləşən konsulluğumuza yönəlik təxribatçı addımların atılması fars rejiminin artıq Azərbaycanla "körpüləri yandırdığı" anlamına gəlir. Görünən odur ki, artıq bu qədər pislikdən sonra İran rejiminin Azərbaycanla əlaqələrin bərpa olunacağına özünün də inamı yoxdur və ya heç belə fikri də yoxdur. Artıq hər şeyin daha da pis olacağına qənaət gətiriblər ki, hər keçən gün yeni pisliklərə əl atırlar. Bundan sonra isəqabaqdan gəlmişlik edib hələ Azərbaycana nota belə vermək ağıllarına gəlib. Azərbaycan dövləti öz ciddiliyinə yaraşan şəkildə İranın qeyri-ciddi notasına cavab verməklə İran rejimini ağıllı olmağa dəvət etdi, onun qarşısında dayandığını, çəkinmədiyini göstərdi. Amma İran fars rejimi o qədər başını itirib ki, min illik tarixə malik olan Türk şahlarının bu coğrafiyada yazdıqları şanlı tarixin əksinə olaraq, öz gerizəkalı beyinləri ilə İranı terrorist, narkoticarət, siğə dövlətinə çeviriblər. Hələ rejimin içində beyin əvəzinə peyin olan mollaları, ayətullahları və bu kimi dinsiz məxluqları körpə uşaqların belə öz şəhvətlərinin oyuncağına çevrilməsi üçün belə utanıb ölmədən fətva deyilən qərarlar verirlər, bunu müzakirə edir, kitablara yazırlar.

İran rejimi haqda danışdıqca bu rejimin İslam düşməni olduğu daha da məlum olur. Əməlləri ilə insanları dindən iyrəndirən molla rejiminin fəaliyyətinin nəticəsidir ki, qadınlar baş örtüklərini açıb atırlar. İslam dünyası fars molla rejiminin yürütdüyü siyasət nəticəsində ancaq bir-birini qırır. Qərbi düşmən elan edən molla rejiminin rəhbərlərinin yaxın ətrafı, hətta ali dini lider Xomeneyinin nəvəsi belə Amerikada, İngiltərədə yaşayırlar.  Azərbaycan dövlətinin İsraillə əməkdaşlığı İran rejiminin Azərbaycana qarşı düşmənçiliyinə bəhanə yaradıb görünüşdə. Sanki İsrail dövlətinin yerini bilmirlər də, onu Azərbaycanda axtarırlar. İsrail az qala hər gün İranı gah öz daxilində, gah da Suriyada vurur. İran mollaları isə buna baxmaqla kifayətlənirlər. Ancaq İran buna cavab vermək hüququna malikdir deyirlər. Amma Azərbaycan sərhəddinə 70ci illərin sınıq-salxaq hərbi texnikalarını yığmaqla təlim keçir, Azərbaycana "güc" göstərirlər. Azərbaycan isə buna müasir texnikaların nümayişi ilə cavab verir.  İran rejimi Zəngəzur dəhlizinin açılmasına həm Şimal-Cənub dəhlizinin iflası ilə iqtisadi itkilər, həm kontrabanda fəaliyyəti, narkotik trafikinin bağlanması səbəbindən qarşı çıxır. Azərbaycanı müharibə ilə hədələyir. Azərbaycan isə öz yolunda istəklərinə doğru addım-addım yaxınlaşır. İran rejiminin hədələri Azərbaycan və onun müttəfiqləri qardaş Türkiyə və İsrail üçün heç nə ifadə etmir. Birlikdə Zəngəzur dəhlizinin açılması üçün fəaliyyət göstərərək vaxtı yaxınlaşdırırlar. Bu dəhliz açılmalıdır və açılacaq! İranla müharibə etmək lazım gəlsə belə. Amma əminliklə demək olar ki, İran rejimi müharibə ritorikası ilə blef edir. Onların Azərbaycanla müharibə etməyə risk etməsi ciddi səhvləri olar. Bu, artıq İranın ciddi şəkildə parçalanması üçün sonun başlanğıcı olar. Prosesin sonunda isə Bütöv Azərbaycan yaranar. Bütöv Azərbaycan onsuz da gec-tez mütləq yaranacaq. Bundan kimsənin şübhəsi yoxdur, hətta İran rejiminin başbilənlərinin belə. Onların Cənubi Azərbaycan ərazilərinə sərmayə qoymamasının, "Urmi gölünün" qurudulmasının səbəbini, onsuz da, Azərbaycana qalacağı səbəbindən süni şəkildə etdiklərini özləri deyirlər. Bütöv Azərbaycanın yaranması tarixi təlabat və zamanın gerçəyidir. Bundan qaçmaq mümkün olmayacaq. İran rejimi isə öz hərəkətləri ilə bu prosesi sürətləndirir. Molla rejimi belə davam elə. Gülləni öz ayağına sıxmağa davam. Nəticə Bütöv Azərbaycandır!".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31