Riyakarlığın növbəti nümunəsi - ÖZƏL

"İran Parlamenti bu günlərdə Azərbaycanla bağlı növbəti bir absurd bəyanat yaydı. Sənəddə Azərbaycan qarşı bir sıra əsassız ittihamlar səsləndirilir. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatına müraciət edilərək Azərbaycanın bu əməlinin qəti şəkildə pislənilməsi ilə bağlı məsələ də əksini tapıb. Eyni zamanda, müsəlman ölkələrinin bu məsələdən narazı qalacaqları qeyd olunur. Heç şübhəsiz ki, bu İran tərəfinin riyakarlığının növbəti ifrat nümunəsidir". Olaylar xəbər verir ki, bunu deyən  millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,

burada belə bir haqlı sual yaranır. Kim kimdən narazı qalmalı və ya şikayət etməlidir? Əslində bu günə görə etdiklərinə, hər zaman Ermənistanın yanında olduğuna, işğal olunmuş ərazilərimizin dağıdılmasında barbarcasına iştirak etdiyinə görə Azərbaycan İranı şikayət etməlidir.  

İran İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışır. Ancaq bu təşkilatın Azərbaycanla bağlı qərarlarına biganə yanaşır, Ermənistana davamlı dəstək göstərir. 

Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə qurmadı. Bəs İran nə elədi? Bir tərəfdən Ermənistanı dəstəklədi, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəklədi. Son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi. 

İranın gözü qarşısında ermənilər məscidlərimizi barbarcasına dağıtdılar, içərisində donuz və inək saxladılar. Qəbirstanlıqları şumlayaraq yerində əkin işləri həyata keçirdilər. Mən bu günə kimi hələ də dağıdılmış evimizin yerini, doğmalarımın qəbirlərini tapa bilmirəm. 

İran isə bir müsəlman ölkəsi kimi, bütün bunları görməməzlikdən gəldi. 30 il ərzində hər zaman İran Ermənistana, siyasi, hərbi və iqtisadi yardım etdi. Azərbaycanda silahlı terror dəstələri yaradan, Qarabağa terrorçu, Ermənistana silah göndərən, Zəngəzur dəhlizini qırmızı xətt sayan da İrandır. Budurmu İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi? Odur ki, İranın İslam həmrəyliyindən danışmağa mənəvi haqqı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31