Azərbaycanda insanları dini, siyasi, etnik mənsubiyyətlərinə görə yox, cinayət əməllərinə görə həbs edirlər - ÖZƏL
6 Aprel 2023 11:37 Siyasət"Azərbaycanda insanları dini, siyasi, etnik mənsubiyyətlərinə görə yox, qanunları pozduqlarına, törətdikləri cinayət əməllərinə görə həbs edirlər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev İranın ölkəmizlə bağlı irəli sürdüyü iddialara münasibət bildirərkən səsləndirib. "Yaxşı xatirimdədir, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində "vahabi" təriqətinə və digər dini konfessiyalara aid bəzi qruplar qanunsuz dini fəaliyyətlə məşğul olurdular. Əsasən əcnəbilərin rəhbərliyi ilə aparılan dini təbliğat cəmiyyət tərəfindən narazılıqla qarşılanırdı. Hökumətin gördüyü qanuni tədbirlər nəticəsində, gələcəkdə baş verə biləcək bir çox xoşagəlməz hadisələrin qarşısı alındı. O zamanlar heç kim demirdi ki, bunları filan təriqətin daşıyıcıları olduqları üçün məsuliyyətə cəlb ediblər".
Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, İranın iddiaları absurddur və ölkəmizə qarşı törətdikləri silsilə terror aktlarından diqqəti yayındırmaq məqsədi daşıyır.