Şuşa ilə Tacikistanın İsfara şəhəri qardaşlaşıb

Azərbaycanın Şuşa şəhəri ilə Tacikistanın İsfara şəhəri qardaşlaşıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bununla bağlı bu gün Tacikistanda "Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol" imzalanıb.

Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31